İspaniya Superkuboku: “Barselona” “Real”ı darmadağın edib

İspaniya Superkuboku: “Barselona” “Real”ı darmadağın edib

İspaniya Superkubokunun final matçında “Barselona” “Real”a 5:2 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “Kral Abdulla Sports Sity” stadionunda keçirilib.

Matçı Xesus Xil Mansano idarə edib.

Hesab beşinci dəqiqədə açılıb. "Real"ın hücumçusu Kilian Mbappe Vinisius Juniorun ötürməsini qola çevirib. "Barselona"nın cavab qolunu 22-ci dəqiqədə Robert Levandovskinin ötürməsindən sonra Lamin Yamal vurub. 36-cı dəqiqədə Levandovski penaltini qola çevirib. Üç dəqiqə sonra "Barselona"nın braziliyalı futbolçusu Rafinya Dias fərqi artırıb. Birinci hissəyə əlavə olunmuş 10-cu dəqiqədə Kataloniya klubunun müdafiəçisi Aleks Balde hesabı darmadağın həddinə edib.

Fasilədən sonra daha iki qol vurulub. 48-ci dəqiqədə Rafinya dublunu rəsmiləşdirib. 60-cı dəqiqədə isə Rodriqo "Real"ın ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, "Barselona"nın qapıçısı Voytsex Şensnı 57-ci dəqiqədə meydandan qovulub.

Komandalar cari mövsümdə ikinci dəfə qarşılaşıblar. "Barselona" oktyabrın 26-da İspaniya çempionatının XI turunda "Real"ı 4:0 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisi 2018-ci il oktyabrın 28-dən sonra ilk dəfə "Real"ın qapısından beş top keçirib. Həmin vaxt "Barselona" İspaniya çempionatının ev oyununda 5:1 hesabı ilə qələbə qazanıb.

"Barselona" İspaniya Superkubokunu 15-ci dəfə qazanıb. Komanda bu göstəriciyə görə rekorda imza atıb. "Real" isə 13 dəfə bu sevinci yaşayıb. Madrid komandası 2024-cü ildə finalda "Barselona"nı 4:1 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
İnfantino: Mundialda komanda sayı artırılacaq

İnfantino: Mundialda komanda sayı artırılacaq

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Messi yeni müqavilə ilə bağlı PSJ rəhbərliyinə söz verib

Futbol
Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Azərbaycan Birinci Divizionu dünyada ilk “10-luğ”a düşüb

Futbol
Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Laurentsiu Regekampf: "Zirə"nin futbolçuları aqressiv və kobud oynayırdı"

Futbol
AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

AFFA "Sabah" klubunun şikayətini təmin etməyib

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"

“Nant”ın baş məşqçisi: “Qarabağ”a afərin"