Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb

Gimnastımız Dünya kubokunda gümüş medal qazanıb

Xorvatiyanın Osiyek şəhərində keçirilən idman gimnastikası üzrə Dünya kuboku keçirilir.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan idmançısı Nikita Simonov turnirin 4-cü mərhələsində uğurlu çıxışla yadda qalıb.

O, halqalarla hərəkətdə 14.500 xalla fəxri kürsünün 2-ci pilləsində yer alıb. 

Qeyd edək ki, Nikita Bakı mərhələsində qızıl, Almaniyanın Kottbus və Türkiyənin Antalya şəhərlərində keçirilən yarışlarda isə gümüş medala sahib olub.