Avarçəkənlərimiz Slovakiyadakı yarışda iştirak edəcəklər
Mayın 23-25-də Slovakiyanın paytaxtı Bratislavada yeniyetmə və gənclər arasında kayak və kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması yarışa 5 idmançı ilə yollanıb.
Komandamızın heyətində kayak növündə Amil Ramazanov, Əlimurad Hacızadə, Elvin Əliyev, Niyaz Məlikov yarışacaq. Tatyana Smilovenko isə kanoe yarışlarında medal qazanmağa çalışacaq.
Qeyd edək ki, “Bratislava Reqatası”nda 20-dən çox ölkənin idmançıları mübarizə aparacaq.

https://mail.qalaba.az//uploads/photo/avarchekenlerimiz-slovakiyadaki-yarishda-ishtirak-edecekler.webp