“Benfika” Avropa çempionunu geri göndərəcək

“Benfika” Avropa çempionunu geri göndərəcək

Hazırda karyerasını icarə əsasında “Benfika”da davam etdirən Renato Sançesin gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu PSJ-yə qayıdacaq.

Bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Portuqaliya təmsilçisi 27 yaşlı futbolçunun satınalma bəndini aktivləşdirməyəcək.

Xatırladaq ki, Sançes 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionatının qalibi olmuşdu.