"Araz-Naxçıvan" yoxlama görüşü keçirəcək - YENİLƏNİR
Yeni mövsümə hazırlığını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan” bu gün ilk yoxlama oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, Naxçıvan təmsilçisi “Bayburtspor”la qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/quotaraz-naxchivanquot-yoxlama-gorushu-kechirecek-yenilenir.webp