Piolinin yeni komandası müəyyənləşib

Piolinin yeni komandası müəyyənləşib

Stefano Pioli "Fiorentina" baş məşqçisi təyin olunub.

Apasport.az xəbər verir ki, İtaliya klubu 59 yaşlı mütəxəssislə üç illik müqavilə imzalayıb.

Pioli futbolçu kimi 1989-1995-ci illərdə "Fiorentina"da çıxış edib və 2017-2019-cu illərdə məşqçi kimi komandaya rəhbərlik edib.

Qeyd edək ki, italiyalı mütəxəssis son olaraq Kriştianu Ronaldolu "Əl-Nəsr"i çalışdırıb.