“Qəbələ”nin futbolçusu I Liqa klubunda - RƏSMİ
"Baku Sporting" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi “Qəbələ”dən Xəyyam Məmmədlini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi son olaraq “Difai”yə icarəyə verilmişdi.

https://mail.qalaba.az//uploads/photo/qebelenin-futbolchusu-i-liqa-klubunda-resmi.webp