Millimizin Ukrayna ilə oyunöncəsi açıq məşqi - FOTO
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə sabahkı oyun ərəfəsində “Liv Bona Dea Arena”da son məşqinə çıxıb.
Apasport.az xəbər verir ki, saat 10:30-da başlayan məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı sentyabrın 9-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək.

https://mail.qalaba.az//uploads/photo/millimizin-ukrayna-ile-oyunoncesi-achiq-meshqi-foto.webp