"Fənər"in yeni transferi 3 həftə OYNAYA BİLMƏYƏCƏK

"Fənər"in yeni transferi 3 həftə OYNAYA BİLMƏYƏCƏK

“Fənərbaxça”nın zədəli futbolçusu Edson Alvarezin durumuna aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, 27 yaşlı oyunçu 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Xatırladaq ki, meksikalı yarımmüdafiəçi Yaponiya ilə keçirilən yoldaşlıq görüşünün (0:0) ilk hissəsində zədə alaraq oyunu yarımçıq tərk etmişdi.

Qeyd edək ki, müqavilə ilə “Vest Hem”ə məxsus olan Alvarez “Fənərbaxça”da bir illik icarə əsasında çıxış edir.