Taekvondoçularımızdan növbəti qızıl medal
Taekvondoçu Vasif Səlimov (68 kq) Azərbaycana III MDB Oyunlarında dördüncü qızıl medalı qazandırıb.
QELEBE.AZ saytının məlumatına görə, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində taekvondo turnirinin finalı keçirilib.
Səlimov həlledici qarşılaşmada Özbəkistandan olan rəqib Turabov Umidcon üzərində qələbə qazanaraq qızıl medala sahib olub.
Qeyd edək ki, taekvondoçularımız günü 1 qızıl və 10 bürünc medalla başa vurub.

https://mail.qalaba.az//uploads/photo/taekvondochularimizdan-novbeti-qizil-medal.webp