"Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki
“Ştutqart”ın hücumçusu Ermedin Demiroviç sıradan çıxıb.
QELEBE.AZ “Bild”ə istinadla xəbər verir ki, zədələnən 27 yaşlı futbolçunun 2 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
“Ştutqart” oktyabrın 23-də UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Fənərbaxça”nın qonağı olacaq. Zədə səbəbindən Demiroviçin bu oyunda meydana çıxmayacağı ehtimal olunur.
Bu mövsüm “Ştutqart”ın heyətində 10 matçda oynayan Ermedin Demiroviç 5 qol vurub və 1 qolun ötürməsini edib.

https://mail.qalaba.az//uploads/photo/quotfenerbaxchaquot-ile-oyundan-once-quotshtutqartquotda-ciddi-itki.webp