Həftənin futbolçusu adına namizədlər bəlli olub

Həftənin futbolçusu adına namizədlər bəlli olub

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

QELEBE.AZ xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Fransişku Trinkau (“Sportinq”), Vinisius Junior (“Real”), Rafinya ( “Barselona”) və Dominik Soboslai (“Liverpul”) ən yaxşı adı uğrunda mübarizə aparır.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.