Millimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb
Türkiyənin İstanbul şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, yarışın ilk günündə milli komandamız aktivinə 3 medal yazdırıb.
Nihad Məmişov (-66 kq) bütün rəqiblərini məğlub edərək qardaş ölkədə himnimizi səsləndirib. Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) isə beynəlxalq turniri bürünc medalla başa vurublar.
Azərbaycan 1 qızıl və 2 bürünc mükafatla 27 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə ikinci pillədə qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/millimiz-avropa-kubokunun-ilk-gununde-3-medal-qazanib.webp