“Kəpəz” bombardiri transfer edir - QIŞDA KOMANDAYA QOŞULACAQ

“Kəpəz” bombardiri transfer edir - QIŞDA KOMANDAYA QOŞULACAQ

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

“Apasport”a verilən məlumata görə, Gəncə təmsilçisi Dileyn Açimini rənglərinə bağlamaq üzrədir.

“Sarı-göylər” “Gəncəbasar”ın hücumçusu ilə yaxından maraqlanır. 

Tərəflərin ilkin şərtlərdə razılığa da gəldiyi bildirilir. Transferin qış dönəmində rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Açimi hazırda 9 qolla I Liqada ən məhsuldar futbolçudur.