"Qalatasaray"ın "Aston Villa" sınağı - Heyətlər - YENİLƏNİR
Türkiyənin “Qalatasaray” klubu bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçına çıxacaq.
QELEBE.AZ xəbər verir ki, Okan Burukun yetirmələri V tur çərçivəsində İngiltərənin “Aston Villa” klubunu qəbul edəcək.
İstanbul təmsilçisi keçirdiyi 4 oyundan sonra 6 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Aston Villa” isə 9 xalla 6-cı yerdədir.
“Sarı-qırmızılılar” Çempionlar Liqasındakı son iki matçında qələbə qazanıb. Türkiyə çempionu bu uğurlu seriyanı davam etdirərək turnirdə ardıcıl üçüncü qalibiyyətini əldə etməyə çalışacaq.
Qarşılaşma “RAMS Park” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
24 noyabr
21:45. “Qalatasaray” – “Aston Villa”
Stadion: “RAMS Park” (İstanbul)
“Qalatasaray”: Uğurcan Çakır, Vilfrid Sinqo, Eren Elmalı, Mario Lemina, El Şaday Bitsiyabu, Abdülkerim Bardakcı, Leroy Sane, Lukas Torreyra, Barış Alper Yılmaz, Aleksey Batrakov, Yunus Akgün.
“Aston Villa”: Zion Suzuki, Aaron Van-Bissaka, Yan Matsen, Bubakar Kamara, Teylor Harvud-Bellis, Pau Torres, Con Makginn, Joao Qomes, Nikolas Cekson, Yohan Manzambi, İbrahim Mbaye.

https://mail.qalaba.az//uploads/photo/quotqalatasarayquotin-quotaston-villaquot-sinagi-heyetler-yenilenir.webp