UEFA Aleks Ferqyusona 40 ildən sonra medal verəcək

UEFA Aleks Ferqyusona 40 ildən sonra medal verəcək

İngiltərənin "Mançester Yunayted" və Şotlandiyanın "Aberdin" komandalarının sabiq baş məşqçisi Ser Aleks Ferqyuson 1982/1983 mövsümündə UEFA Kuboklar Kubokunu qazandığı üçün medal alacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, Aberdin şəhərinin eyniadlı təmsilçisi 1983-cü ildə 82 yaşlı mütəxəssisin rəhbərliyi altında sözügedən turnirin finalında İspaniya "Real Madrid"ini məğlub edib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və əlavə vaxtda Con Hyuitt "Aberdin"ə qələbə qazandırıb.

Medallar qalib komandada start heyətin 11 futbolçusu, həmçinin, ehtiyatda qalan 5 oyunçuya təqdim olunub. Amma həmin görüşün 40 illiyi münasibətilə UEFA Ferqyusonu mükafatlandırmaq qərarına gəlib. Şotlandiyalı mütəxəssisin ovaxtkı köməkçisi Arçi Noks və zədə səbəbindən final oyununa çıxa bilməyən yarımmüdafiəçi Duqi Bell də medal alacaq.

Qeyd edək ki, Ser Aleks Ferqyuson məşqçi kimi karyerasında ümumilikdə 49 kubok qazanıb.

Futbol
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni 1 qolla məğlub edib

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
AFFA İntizam Komitəsi klubları cəzalandırıb

AFFA İntizam Komitəsi klubları cəzalandırıb

Futbol
DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

DÇ-2022: Qana yığması Qətərə forma aparmağı unudub

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

Futbol
"Sabah" klubunun cəriməsi ləğv olunub

"Sabah" klubunun cəriməsi ləğv olunub

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

İspaniyalı müdafiəçinin "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub