“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

QELEBE.AZ saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinin II turunun matçına çıxıb.

Ağdam təmsilçisi Fransa “Nant”ını qəbul edib. Liqa1 təmsilçisi ilə qarşılaşma “Qarabağ”ın qrupdakı ilk ev sınağı olub.

Ötən həftə Almaniyada keçirilən “Frayburq”la matçda (1:2) olduğu kimi yenə oyunun əvvəlində rəqib daha üstün olub. Lakin fransalıların 10-15 dəqiqəlik təzyiqinin qarşısını inamla alan “Qarabağ” bu dəfə də təşəbbüsə yiyələnib.

Ağdamlıların ilk yarıda sərgilədiyi üstün futbol nəticə verməsə də, fasilədən az sonra hesab açılıb. Ovusu Kvabena “Nant”ın qapısına yol tapıb – 1:0. Qonaqlar buraxılan qoldan özünə gəlməmiş Abdullah Zubir ikinci topu fransalıların qapısından keçirib. Rəqibin matçın sonunadək təzyiq altında saxlayan “Qarabağ” Marko Yankoviçlə fərqi üç topa çatdırıb. 3:0 hesablı darmadağını rəsmiləşdirən yarımmüdafiəçi cari mövsüm qrupda ikinci qoluna imza atıb.

Qrupun digər qarşılaşması Yunanıstanda təşkil olunub. Yerli “Olimpiakos” Almaniya təmsilçisi “Frayburq”u qəbul edib. Bundesliqa klubu ardıcıl ikinci qələbəsini qazanıb – 3:0.

Qeyd edək ki, III turun görüşləri oktyabrın 6-da baş tutacaq. “Qarabağ” Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq. Qarılaşma Pireydə keçiriləcək.

Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) - 3:0
Qollar:
Ovusu Kvabena, 60, Abdullah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 6. Julio Romao, 7. Riçard Almeyda, 77. Ramil Şeydayev, 27. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
“Nant”: 1. Alban Lyafon, 2. Fabio, 4. Nikolya Pallua, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 14. İqnatius Qanaqo, 31. Mustafa Məhəmməd, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 17. Mussa Sissoko, 27. Moyzes Simon
Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç 11. Markus Koko, 55. Abdul-Kader Bamba, 3. Andrey Cirotto,5. Pedro Çirivelya, 7. Evann Gessan, 12. Dennis Appia, 29. Kenten Merlen
Baş məşqçi: Antuan Kombuare
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

Frayburq

2

2

0

0

5-1

6

2

Qarabağ

2

1

0

1

4-2

3

3

Nant

2

1

0

1

2-4

3

4

Olimpiakos

2

0

0

2

1-5

0

Futbol
Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Futbol
The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

The Guardian Dünya Çempionatının favoritlərini açıqlayıb

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

Futbol
Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Azərbaycan Premyer Liqası: İki turun təqvimi açıqlanıb

Futbol
Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Avropa Liqası: "Fənərbağça" "Dinamo"ya qalib gəlib, "Roma" uduzub

Futbol
Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Qurban Qurbanov: “Nə istəyirlər, onu da edirlər”

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Futbol
Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Azərbaycan millisi tarixində mütləq rekord vurulub

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

Futbol
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib