Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib

Çempionlar Liqası: 4 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirib

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

“QELEBE.AZ”un məlumatına görə, A, B, C və D qruplarında növbəti oyunlar keçirilib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” favoritlərdən sayılan Almaniya çempionu “Bavariya”nın qonağı olub. Münhenlilər Harri Keynin son dəqiqələrdəki dublu sayəsində minimalhesablı qələbə qazanıblar. Qrupun digər qarşılaşmasında “Mançester Yunayted” Danimarkada “Kopenhagen”ə uduzub.

Baş tutan matçlardan sonra 4 komanda - “Bavariya”, “Real”, “Real Sosyedad” və “İnter” 1/8 finala vəsiqəni rəsmiləşdiriblər.

Qeyd edək ki, ötən gün “Mançester Siti” (İngiltərə) və “Leyptsiq”in (Almaniya) pley-offda iştirakı dəqiqləşib.

Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
8 noyabr

A qrupu
“Bavariya” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 2:1
“Kopenhagen” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə) 4:3
Xal durumu: “Bavariya” – 12, “Kopenhagen” – 4, “Qalatasaray” – 4, “Mançester Yunayted” – 3.

B qrupu
“Arsenal” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:0
PSV (Niderland) – “Lans” (Fransa) 1:0
Xal durumu: “Arsenal” – 9, PSV – 5, “Lans” – 5, “Sevilya” – 2.

C qrupu
“Napoli” (İtaliya) – “Union” (Berlin, Almaniya) 1:1
“Real” (İspaniya) – “Braqa” (Portuqaliya) 3:0
Xal durumu: “Real” – 12, “Napoli” – 7, “Braqa” – 3, “Union” – 1.

D qrupu
“Real Sosyedad” (İspaniya) – “Benfika” (Portuqaliya) 3:1
“Zaltsburq” (Avstriya) – “İnter” (İtaliya) 0:1
Xal durumu: “Real Sosyedad” – 10, “İnter” – 10, “Zaltsburq” – 3, “Benfika” – 0.

Futbol
"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

"Qarabağ" Avropa Liqalarında məğlub olmayan 17 komandadan biridir

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

DÇ: Mərakeş Portuqaliyanı məğlub edərək yarımfinala yüksəlib

Futbol
"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

"Qarabağ"ın hücumçusu Fransa klubuna keçir

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

Futbol
"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

"Qarabağ" azarkeşləri stadiona mühafizə xidmətinin müşayiəti ilə gedəcək

Futbol
“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

“Qarabağ”ın hücumçusu “Ferentsvaroş”a bu ay keçmək istəyir

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

“Mançester Yunayted” Enzo Fernandesi transfer etmək üçün 120 milyon avro ödəməyə hazırdır

Futbol
"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

"Şamaxı" klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib

Futbol
Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb

Avropa Liqası: "Qarabağ"ın Fransadakı matçının biletləri satışa çıxarılıb