Azərbaycan atleti Avropa Kubokunda 4-cü yeri tutub
Azərbaycan atleti Anna Skidan Portuqaliyanın Leiria şəhərində keçirilən Avropa Kubokunda 4-cü yeri tutub.
“QELEBE.AZ”un məlumatına görə, 31 yaşlı idmançı çəkicatma yarışında bunu reallaşdırıb.
O, 70.43 m nəticə göstərib. Bu növdə ümumilikdə 26 atlet çıxış edib.
Qeyd edək ki, Anna Skidan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı 2023-cü ildə qazanıb.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-atleti-avropa-kubokunda-4-cu-yeri-tutub.webp











