AFFA Bakıda C kateqoriyalı məşqçi kursları təşkil edəcək
Bakıda AFFA tərəfindən C kateqoriyalı məşqçi kursları keçiriləcək.
“QELEBE.AZ” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Kurs AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində, aprelin 29-dan etibarən təşkil olunacaq.
Qeyd edək ki, C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi aperlin 29-dan mayın 2-dək, 2-ci mərhələsi mayın 20-dən 23-dək, 3-cü mərhələsi iyunun 3-dən 6-dək, 4-cü mərhələsi isə iyunun 23-dən 30-dək keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/affa-bakida-c-kateqoriyali-meshqchi-kurslari-teshkil-edecek.webp











