Premyer Liqa: "Sabah" autsayderlə bacarmayıb

Premyer Liqa: "Sabah" autsayderlə bacarmayıb

Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, "Sabah" "ASCO Arena"da "Səbail"in qonağı olub. Görüş "dənizçilər"in qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 29-cu dəqiqədə meydan sahibləri açıblar. David Qomis adını tabloya yazdırıb. 59-cu dəqiqədə qonaqlar azlıqda qalıblar. Con İrasabal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna baxmayaraq, Murad Musayevin baş məşqçi olduğu komanda tarazlığı bərpa edə bilib. Emmanuel Apeh 75-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Qoba Zakpa qoyub.

Qarşılaşma bitdikdən sonra baş hakim İnqilab Məmmədova sərt etiraz edən Murad Musayev ikinci sarı vərəqə ilə cəzalandırılıb.

Bu nəticə ilə xallarını 21-ə çatdıran "Səbail" son pillədən xilas olaraq 9-cu yerə yüksəlib. 65 xalı olan "Sabah" isə 2-ci sıradakı mövqeyini qoruyub.

Günün ikinci matçında "Neftçi" Sumqayıtda eyniadlı komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, açılış oyununda "Qəbələ" evdə "Zirə"ni 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 9-da keçiriləcək "Turan Tovuz" - "Şamaxı" və "Qarabağ" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

16:29

Azərbaycan Premyer Liqasının XXIX tur oyununda üz-üzə gələcək "Səbail" və "Sabah"ın start heyətləri açıqlanıb.

"QELEBE.AZ" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Səbail": 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

"Sabah": 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

Qeyd edək ki, "ASCO Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq.

Futbol
Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

İngiltərə Premyer Liqası: "Arsenal" "Liverpul"a qalib gəlib

Futbol
Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Azərbaycan əsilli futbolçu və onun ailəsi İranda təhdid olunub

Futbol
Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Çempionlar Liqası: "İnter" "Viktoriya"ya, "Sportinq" "Tottenhem"ə qalib gəlib

Futbol
Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Azərbaycan millisinin hücumçusunun burnu sınıb: "Maska ilə oynamaq çətindir"

Futbol
Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Braziliyalı futzalçı 3 illik fasilədən sonra Azərbaycan millisinə çağırılıb

Futbol
"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

"Qarabağ"ın rəqibi "Qalatasaray"ın hücumçusunu birfədəlik transfer edir

Futbol
DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

Futbol
Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol
KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

Futbol
Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"

Qara Qarayev: "Biz "Olimpiakos"dan daha cəsarətli oynadıq"